Eva Qrin "Wednesday" serialında – canlandıracağı obraz AÇIQLANDI
Netfliksin rekord qıran "Wednesday" serialının üçüncü mövsümü üçün diqqətçəkən yenilik elan edilib. Məşhur aktrisa Eva Qrin layihəyə Mortiçiyanın bacısı - Ofeliya Framp obrazı ilə qoşulur. O, serialda daimi xarakter kimi çıxış edəcək.
BAKU.WS xəbər verir ki, uzun müddətdir sosial mediada Ofeliyanın kim tərəfindən canlandırılacağı müzakirə olunurdu. Hətta bəzi izləyicilər Lady Qaqanın bu rolda görünəcəyini düşünürdü. Netflix-in açıqlaması ilə bu iddialar rəsmi şəkildə təkzib olunub.
Ofeliya Framp Addams ailəsinin ən sirli və qaranlıq fiqurlarından biridir. Tamaşaçılara ilk dəfə yalnız arxa görüntüsü ilə ikinci mövsümün finalında göstərilmişdi. Wednesday-in anasının gündəliyini oxuduğu səhnədə Ofeliyanın uzun sarı saçları və çiçəkli tacı diqqət çəkmişdi.
Eva Qrin seriala qoşulmaq barədə belə deyib:
"Wednesday-in qaranlıq, yumorlu dünyasına Ofeliya xala kimi daxil olduğuma görə çox həyəcanlıyam. Addams ailəsinə özünəməxsus qəribə toxunuşumu qatmaq üçün səbirsizlənirəm."
Serialın hekayəsinə görə, sirli Ofeliya da Wednesday kimi psixi güclərə malikdir. Mortiçiya isə onun illər əvvəl "güclərini həddindən artıq zorladığı" üçün yoxa çıxdığını bildirir. Bu xəttin yeni mövsümdə daha geniş şəkildə açılacağı gözlənilir.
Oxşar xəbərlər
Can Yaman Rusiya ekranlarına qayıdır
İtalyan yazıçı Emilio Salqarinin məşhur roman seriyasına əsaslanan "Sandokan: Pirat Vəliəhdi" serialının Rusiya premyerası 2 dekabr 2025-ci ildə baş tutacaq. Ru...