Ev şəraitində TƏBİİ MEYVƏ SUYU (RESEPT)

Ev şəraitində TƏBİİ MEYVƏ SUYU (RESEPT)
Foto
Şou-biznes 926
Havaların daha da isindiyi yay aylarında ən çox təbii sərinləşdirici içkilərə üstünlük verilməlidir.BAKU.WS ev şəraitində hazırlanan,bütün yorğunluğunuzu aradan qaldıracaq təbii şaftalı suyunun hazırlanma qaydasını təqdim edir.Tərkibi:-2 ədəd şaftalı-1 stəkan şəkər tozu-3 stəkan suHazırlanma qaydası:İlk öncə şaftalıların qabığı soyub dilimləyin. Bir qazana dilimlənmiş şaftalı, şəkər tozu və suyu töküb ocağa yerləşdirin. Şaftalılar yumşalanadək bişirin. Bişən şaftalıları blenderdən keçirin.Meyvə suyunun qatılığını yoxlayaraq zövqə görə su əlavə edə bilərsiniz. Həmçinin şəkər tozunu da.Hazır meyvə suyunu soyuducuya yerləşdirib soyuq halda içə bilərsiniz.QEYD: Lif baxımından zəngin olan şaftalının insan sağlamlığına bir çox faydası var. Xüsusən həzm sisteminə yaxşı təsir edən şaftalıya Uzaq Şərq ölkələrində möcüzəli meyvə olduğunu söyləyirlər. Ölkəmizdə ən çox Aran bölgəsində yetişən şaftalı daşıdığı vitamin və mineral baxımından göz sağlamlığından dəri sağlamlığına qədər bir çox faydası var. Meyvə suyu və mürəbbə kimi istifadə edilən bu qida qaynağı ehtiva etdiyi yüksək lif sayəsində də pəhriz siyahılarında ilk sıralardadır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gürcüstan prezidenti şaftalı yığımında - FOTO

Gürcüstan prezidenti şaftalı yığımında - FOTO

Gürcüstan Prezidenti Salome Zurabişvili Kaxeti bölgəsinə səfəri zamanla yerli sakinlərlə birlikdə şaftalı toplayıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, o, ö...

823 Siyasət 21:14 26 iyul 2019

Son xəbərlər