Gürcüstan prezidenti şaftalı yığımında - FOTO
26
iyl
2019
21:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Prezidenti Salome Zurabişvili Kaxeti bölgəsinə səfəri zamanla yerli sakinlərlə birlikdə şaftalı toplayıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, o, öncə Udjarma bölgəsindəki istirahət mərkəzini gəzib, Udabnoda kənd təsərrüfatı layihələrini izləyib və burada şaftalı toplanmasına yardım edib.Zurabişvili orada çəkdirdiyi fotosunu sosial media hesabından paylaşıb və şaftalısı ilə məşhur olan ABŞ-ın Corcia ştatına mesaj göndərib: “Corcia ştatı, bizdə də şaftalılar var”.Qeyd edək ki, şaftalı ABŞ-ın Corcia ştatının simvollarından biridir. Şaftalı 1995-ci ildə ştatın rəsmi meyvəsi elan olunub.
Qalereya
Oxşar xəbərlər
Bu şəxsin yanında şaftalı deyəndə huşunu itirir - VİDEO
Bəzi insanlar meyvə və tərəvəzlərə müxtəlif cür reaksiyalar verirlər və bədənləri bu qidalara qarşı çox həssas olur. Hətta allergiyaya tutulurlar. Ancaq növbəti...