Bazara yerli ərik və şaftalı çıxarıldı - QİYMƏTLƏR (VİDEO)
Bazara yerli ərik və şaftalı çıxarılıb. Qiymətləri isə 6 manatadək yüksəlib. Ancaq digər yerli mövsümi meyvələrin çıxması bazarlarda nisbətən ucuzluğa səbəb olub.
BAKU.WS XezerXeber.az-a istinadən xəbər verir ki, endirim deyə qışqıran satıcılar, əli dolu müştərilər. Mövsümi meyvələrin yetişməsi ilə bazarlarda alıcı sıxlığı müşayiət olunur.
Yerli məhsulların bazarda payının artması ilə meyvə tərəvəz ucuzlaşıb.
Qiyməti ən çox düşən məhsullar çiyələk, alça və almadır. Əriklə gilas bəzi rayonlarda tam yetişmədiyindən qiymətləri 1 kiloqramı 2 manat 50 qəpik, 6 manat arası dəyişir. Mövsümi meyvələrin hamısından almaq üçün ortalama 20 -30 manat kifayət edir.
Satıcılar qiymətlərin enməsinin əsas səbəbinin bu il yerli məhsulun bol olması ilə əlaqələndirirlər. Bir neçə günə bəzi meyvələrin bazarlara çıxması ilə qiymətlərin daha da enəcəyi gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Şaftalı, əriyin kilosu 12 manat - "8-ci km" bazarında QİYMƏTLƏR (VİDEO)
Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb. Bakı bazarlarında mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən is...