“Eurovision” qalibi: “Dərmanlar həyatımı məhv etdi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Uzun zamandır, bir sirr ilə yaşayırdım. 11 ildir, yuxu dərmanlarının və antidepressantların aludəçisi olmuşam. Zərərsiz başladı, amma sonda həyatımı məhv etdi”.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “Eurovision” qalibi Aleksandr Rıbak sosial media hesabında yazıb.
34 yaşlı norveçli musiqiçi həyatının çətin dönəmlərindən və xəstəliyindən bəhs edib:
“Yanvarda reabilitasiyaya başladım və yavaş-yavaş özümə gəlirəm. Ötən illər ərzində dərmanlar məni zəiflətdi və qorxutdu. Bu təkcə beynimə deyil, əzələlərimə və mədəmə də təsir etdi. İnsanlarla münasibətlərim məhv oldu, amma, demək olar ki, yaşamaq istəyimi də bitirdi.Bilirəm ki, orada eyni problemlərlə mübarizə aparan bir çox insan var, buna görə növbəti həftələrdə təcrübələrimi sizinlə bölüşəcəm və kiminsə yazdıqlarımdan faydalanması məni xoşhal edəcək”.
Qeyd edək ki, 1986-cı ildə Minskdə doğulan Aleksandr Rıbak 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində “Fairy tale” mahnısı ilə birincilik qazanıb və bütün dünyada məşhurlaşıb.
Oxşar xəbərlər
“Xəbərləri 20 dəqiqə o vəziyyətdə apardım” – İTV-nin aparıcısı Ramiz İdrisoğlu (MÜSAHİBƏ)
BAKU.WS-in budəfəki müsahibi İTV-nin tanınmış aparıcısı Ramiz İdrisoğludur. -Özünüzü oxucularımıza necə təqdim edərdiniz?-Elə sadəcə aparıcı Ramiz İdrisoğlu.-İd...