"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi, Azərbaycanın tanınmış müğənnisi ELDAR (Eldar Qasımov) Almaniyada "Eurovision"un rəsmi fan-klubu "OGAE Germany" tərəfindən təşkil olunan illik görüş çərçivəsində Münhendə konsert proqramı ilə çıxış edib.
Eldar həmin gecə səhnəni "Eurovision-2016"da Avstriyanı təmsil etmiş Zoë Straub, "Eurovision-2014"də Almaniya adından iştirak etmiş Elaiza qrupu, eləcə də Almaniyada sürətlə populyarlıq qazanan Galant dueti ilə bölüşüb.
Konsert proqramında "Eurovision" tarixinin sevilən hitləri – Euphoria (Loreen), Rise Like a Phoenix (Conchita Wurst) və digər məşhur ifalar səslənib.
Gecənin ən yaddaqalan anlarından biri isə Eldarın Azərbaycana 2011-ci ildə qələbə qazandıran "Running Scared" mahnısını ifa etməsi olub.
Tədbir çərçivəsində ELDAR "OGAE Germany" fan-klubunun fəxri üzvü adına layiq görülüb.
Tamaşaçılar, eyni zamanda, müğənninin alman dilində sərbəst ünsiyyətini və səhnədəki səmimi çıxışını xüsusi maraqla qarşılayıblar.
Qalereya
Oxşar xəbərlər
Leyla Rəhimova "Dostlar əhatəsində" konsert verdi
Müğənni Leyla Rəhimova ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında "Dostlar əhatəsində" adlı konsert proqramı ilə çıxış edib. BAKU.WS xəbər verir ki, mus...