Əməkdar artistdən ETİRAZ: "Cahillik bizi məhv etdi, gülməli şeylərlə yaşayırıq"
"Bu cahillik bizi məhv etdi".
BAKU.WS xəbər verir ki, bu sözləri "Xoş sabah" verilişinə qonaq olan Əməkdar artist Nuriyyə Hüseynova deyib.
Muğam ifaçısı hansı sahə olursa olsun, o sahədə təhsilli olmağa ehtiyac olduğunu bildirib.
"Təbliğat düzgün olmalıdır. Nəinki incəsənətdə, elə hər sahədə... Elm, təhsil, bilik, təhsil dünyanın, həyatın açarıdır. Təhsilsiz mümkün deyil. Hətta bir yerə parket vuran ustanın belə o sahəni bilməsi üçün onun təhsil lazımdır. Dünya bu qədər inkişaf edib. Süni intellekt yarandı, müasir ağıllı telefonlar, ağıllı maşınlar... Bunu kim yaradıb? İnsan ağlı yaradır. Oturub bu şeylərin ardınca getməkdənsə, xülyalarla, gülməli şeylərlə yaşayırıq".
Oxşar xəbərlər
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. BAKU.WS xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni m...