Ermənistan Azərbaycan vətəndaşının sərhədi keçməsi ilə bağlı məlumatı təsdiqlədi
22
okt
2026
09:53
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının ölkə ərazisində aşkarlanması ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, qurumun məlumatına görə, oktyabrın 19-da saat 17:50-də Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb.
Araşdırma zamanı onun yolu azdığı müəyyən edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşının evinə qaytarılması üçün müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI
Xanım sərnişinə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb. BAKU.WS-in məlumatına görə, hazırda həmin şəxs...