Elza Seyidcahanla Mətanət Əsədova efirdəki davadan sonra bir-birlərini təhqir etdilər - VİDEO
Əməkdar artist Elza Seyidcahanla müğənni Mətanət Əsədova canlı efirdəki davalarını sosial şəbəkədə davam etdiriblər.
BAKU.WS xəbər verir ki, Əsədova Seyidcahanın "Hozu" filmində söylədiyi "Ananas" şeirini paylaşaraq bunları yazıb:
"Mənim əzizlərim, baxın, doyunca gülün. Görün kim mənə irad tutur".
Əməkdar artist Elza Seyidcahan verilişə zəng edərək ona cavab verib: "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiniz gəlim, danışın".
Onun bu sözləri Mətanəti əsəbiləşdirib və Əməkdar artistlə tərbiyəsiz tərzdə danışıb: "Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adın sənə haram olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüş. Uzaqbaşı məni məhkəməyə verəcəksən. Amma çaşma".
M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.
Baş verənlərdən sonra sözügedən verilişin bağlanması ilə bağlı qərar verilib.
Oxşar xəbərlər
Tolikin verilişi bağlanıb? - AÇIQLAMA
Bu gün Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” proqramında müğənnilər arasında yaşanan gərginlikdən sonra verilişin bağlandığı barədə xəbərlər yayılıb. Sözügedən...