Elza Seyidcahanı döyən iş adamı həbs edildi

Elza Seyidcahanı döyən iş adamı həbs edildi
Şou-biznes 736

Əməkdar artist Elza Seyidcahana zor tətbiq edən iş adamı Rüstəm Kərimzadə həbs olunub.

BAKU.WS xəbər verir ki, bu haqda tanınmış vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

Rüstəm Kərimzadə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Xatırladaq ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər