Elza Seyidcahan: "Yataq səhnələrində çəkilə bilərəm"
17
noy
2017
10:55
Əməkdar artist Elza Seyidcahan cəsarətli açıqlamalarla yadda qalıb. O, aktrisa kimi özünü sınamaq istəyir. Elza Seyidcahan hətta yataq səhnələrində çəkilə biləcəyini də deyir. Müğənni bu barədə BAKU.WS-ə açıqlamasında bildirib."Sənət olan yerdə hər şey bağışlanar. Rejissorun əgər ssenarisində varsa çəkilərəm. Əgər orada sənət varsa razı olardım, yatağa da girərdim. Məsələn "Təhminə" filmi, yazıçı Anarın "5 mərtəbəli evin 6-cı mərbəsi" o vaxtı necə yazılıbsa indiyə qədər də yadda qalıb. Türk seriallarındakı kimi komedik rolda yox, samballı obrazda çəkilə bilərəm. Mən aktyorları, teatrı çox sevirəm. Allaha şükür edirəm ki, mənə təbii gözəllik verib. Əgər rejissor olsaydım, plastik əməliyyat etdirmiş artisti kinoda çəkməzdim".Əməkdar artist özünü digər aktrisalardan da üstün tutmadığını deyib: “Bizim Hökümə Qurbanova kimi aktrisalarımız olub. Bu yaxınlarda Amaliya Pənahova Bakı Bələdiyyə Teatrının 25 illik yubileyini qeyd etdi. Bu günə kimi ona heyranam. Mən onun enerjisini hiss etmişəm. Onların sənətlərinə baxaraq teatrı sevmişəm”. İmanBAKU.WS
Oxşar xəbərlər
Elza Seyidcahan Bulvarda velosiped sürdü (VİDEO)
Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan velosiped sürüb. BAKU.WS-in məlumatına görə, müğənni Instagram hesabında paylaşdığı videoya "Axır ki...