Elza Seyidcahan iş adamı ilə sevgili olduğu iddiası haqqında danışdı

Elza Seyidcahan iş adamı ilə sevgili olduğu iddiası haqqında danışdı
Şou-biznes 1720
 

"Dağ boyda əsərlərim bir kənarda qalıb, şeirlərimi müzakirəyə qoyublar. Elə bil Elza şairə gəlib bu sənətə. Mənim bəstələrim var axı".

BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni şeirlərindən əxlaqsızlıqdan yazdığını vurğulayıb:

"Şeirdə əxlaqdan yazanda oxunmur. Amma pozğunluqdan yazsaq, oxunacaq. Kim özünə pozğun deyir ki? Amma Elza Seyidcahan yaradıcılığında özünə pozğun deyir".

E.Seyidcahan küsülü olduğu mərhum xalq artisti İlhamə Quliyevadan da danışıb:

"İlhamə Quliyeva heç nəyi başqaları ilə bölüşə bilmirdi. İstəyirdi hər şey onun olsun. Bəziləri onun arxasınca danışırdı, üzünə gülürdü. Məclisə gələndə hamı ona "can" deyirdi. Arxasını çevirən kimi qeybətini edirdilər. Ona acıyırdım".

Müğənni iş adamı Hacı Quliyevlə sevgili olmaları xəbərlərinə də aydınlıq gətirib:

"Gözəl xanımlar haqqında hər şey deyirlər. Oğlan dostuna da, qız rəfiqənə də söz qoşurlar. Özüm boyda oğlum var. İnsanların öz problemləridir ki, nələrsə fikirləşirlər, məni maraqlandırmır. Hacının ailəsi, gözəl övladları var. Yalan ayaq tutur, amma yerimir. Sevgi azaddır, kimə nə bundan. Təki sevək".

BAKU.WS

Oxşar xəbərlər

Elza: “Yazdıqlarımı Mayakovskinin şeirlərinə bənzədirlər”

Elza: “Yazdıqlarımı Mayakovskinin şeirlərinə bənzədirlər”

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın həm də özünəməxsus tərzdə şeirlər yazdığı heç kimə sirr deyil. Müğənni BAKU.WS-ə açıqlamasında "Mənim şeirlə...

4090 Şou-biznes 11:14 08 noyabr 2016

Son xəbərlər