Elvin bu klipinə 20 000 AZN xərclədi
Müğənni Elvin Babazadə son illər müasir Azərbaycan şou biznesinin ən böyük layihələrindən birini təqdim edib.
BAKU.WS xəbər verir ki, "oYanmadan öncə" ekran əsəri üçün dünya standartlarına cavab verən dərin fəlsəfi kliplə izləyicilərini heyrətləndirib.
Azərbaycan kinematoqrafiya sahəsində xüsusi dəsti xətti olan tanınmış rejissor Qulu Əsgərov sırf bu ekran əsəri üçün dərin məna kəsb edən bir neçə nüansı xüsusi vurğulayıb.
Klipdə məşhur rəssam Leonardo Da Vinçinin "Sonuncu şam yeməyi" səhnəsi, İncildən məqamlar var.
Klipin ən diqqətçəkən məqamlarından biri də ilk kadrlara tanınmış aparıcıların, jurnalistlərin də yer almasıdı.
Mahnının söz və musiqisi Zülfi Bədəlova aiddir.
"Shownews"un yaydığı məlumata əsasən, Elvin Babazadə "oYanmadan öncə" klipi üçün 20 000 AZN xərcləyib.
Oxşar xəbərlər
Mətanət Əsədova canlı yayımda özündən çıxdı: "Hə, təcili yardımla indi aparacaqlar"
Müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayımda ona ünvanlanan suala əsəbiləşib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, izləyicilərindən biri ona "...