Elmar Məmmədyarov: "Rüstəm İbrahimbəyov dayım idi" - VİDEO

Elmar Məmmədyarov: Rüstəm İbrahimbəyov dayım idi - VİDEO
Şou-biznes 481

"Rüstəm İbrahimbəyov babamın qardaşı oğludur. O, mənim dayım idi. Ona görə də gözümü açandan onu və qardaşı Maqsud İbrahimbəyovu görmüşəm".

Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov BAKU.WS-ə açıqlamasında bildirib. Rüstəm İbrahimbəyovun dəfnində iştirak edən Elmar Məmmədyarov onunla bağlı xatirələrini bölüşərkən deyib:

"Rüstəm İbrahimbəyov çox maraqlı, məşhur adam idi. Doğrudur, siyasi məsələlərdə onunla razılaşmırdıq. Hətta bir-iki dəfə söhbətimiz də olub. Amma hər halda qohumumuz idi və buna görə ünsiyyət saxlayırdıq, Bakıya gələndə görüşürdük".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər