Elçin Hüseynov uzun müddətdən sonra "Dəlixanadan məktub"u təqdim etdi

Elçin Hüseynov uzun müddətdən sonra Dəlixanadan məktubu təqdim etdi
Video
Şou-biznes 255

Müğənni Elçin Hüseynov uzunmüddətli fasilədən sonra pərəstişkarlarını yeni layihəsi ilə sevindirib.

BAKU.WS xəbər verir ki, sənətçi musiqisevərlərə "Dəlixanadan məktub" adlı yeni lirik mahnısını təqdim edib. İfaçı mahnını ifa etməklə yanaşı, həm də ona klip də çəkdirib.

Müğənni bəzi məşhurları, tanınmış blogerləri, media və mətbuat nümayəndələrini bir araya yığaraq yeni klipinin təqdimatını edib. Paytaxtın dəbdəbəli məkanlarından birində keçirilən tədbirin aparıcısı Kazım Sübhan olub.

Elçin Hüseynov uzun müddətdən sonra

Təqdimat zamanı Elçin Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

İfaçı bildirib ki, yerli şou-biznesdə bir vaxtlar ənənəyə çevrilmiş klip təqdimatları artıq yoxdur. O, üç illik fasilədən sonra məhz belə bir təqdimatla geri dönmək istədiyini vurğulayıb:

"İllər əvvəl klip təqdimatları keçirirdik. Artıq demək olar ki, bu ənənə aradan qaldırılıb. İstədim üç illik fasilədən sonra belə bir təqdimatla qayıdım və mətbuat konfransı formatında jurnalistlərlə canlı ünsiyyət qurum. Çünki sənət adamlarının tanınmasında medianın dəstəyi böyük rol oynayıb".

Elçin Hüseynov uzun müddətdən sonra

Sənətçi mahnının yaranma tarixçəsindən də danışıb. O bildirib ki, sosial şəbəkədə qarşısına çıxan bir şeir bu ifanın yaranmasına səbəb olub:

"Sosial şəbəkədə təsadüfən bir şeir gördüm. Sözlərini çox bəyəndim. Müəllifi Qismət Məsim idi. Şeiri Mir Şahin Ağalarova göndərdim ki, ona musiqi bəstələsin. Mənim üçün mahnıda əsas sözlərdir. Musiqi də gözəl olanda hər şey öz yerini tapır".

Elçin Hüseynov uzun müddətdən sonra

Elçin Hüseynov "Dəlixanadan məktub" mahnısına çəkilən klipin İsmayıllıda lentə alındığını deyib. O, çəkilişlərin çətin hava şəraitində, soyuqda reallaşdığını, bu səbəbdən həm özünün, həm də rejissorun xəstələndiyini bildirib:

"Klipi İsmayıllıda çəkdik. Hava çox soyuq idi. Qayıdandan sonra həm rejissor, həm də mən xəstələndik. Amma nəticədə gözəl iş ortaya çıxdı. Klipə kifayət qədər böyük büdcə ayrılıb. Lakin dəqiq məbləği açıqlaya bilmərəm. Mənim üçün mahnının trendə düşməsi önəmli deyil. Mən trend üçün yox, sənət üçün çalışıram".

Yeni mahnının sözləri Qismət Məsimə, musiqisi Mir Şahin Ağalarova məxsusdur. Klipin rejissoru Xəyal Hüseyndir.

"Dəlixanadan məktub"un aranjimanını Teymur Şahmarov edib. Layihənin musiqi rəhbəri isə NiEl Orkestrdir.

Elçin Hüseynovun yeni lirik mahnısı artıq bütün sosial platformalarda onlayndır.

Son xəbərlər