Elçin Cəfərov: "Onlar mənə tabe olsalar, hər üçü ilə duet oxuyaram"
"Əgər musiqi cəhətdən mənə təslim olsalar onları çox fərqli şəkildə təqdim edə bilərəm".
BAKU.WS xəbər verir ki, bu sözləri "Rəngarəng" verilişində qonaq olan sevilən müğənni Elçin Cəfərov Şəbnəm Tovuzlu, Pərviz Bülbülə və Üzeyir Mehdizadə ilə bağlı sualı cavablandırarkən deyib.
"Mən istər Şəbnəm Tovuzlu, istər Pərviz Bülbülə, istərsə də Üzeyir ilə duet oxuya bilərəm. Çünki mən elə bir mahnı yazaram ki, orada bu adı çəkilən hər üç müğənnini fərqli şəkildə təqdim edə bilərəm. Pərvizi öz dəstixəttinə uyğun təqdim edib, məsləhətləşərək maraqlı bir iş ortaya qoymaq olar. Üzeyirin də özünəməxsus tərzi var, sevilən ifaçıdır. Bu məsələdə mənim seçimlərimə təslim olsalar mən uğurlu biş ortaya çıxarda bilərəm. Şəbnəm Tovuzlu ilə duet oxuyaram".
Oxşar xəbərlər
Elxan Yunisin oğlu da məzun oldu
Məşhur aktyor Elxan Yunisin oğlu da bu il məzun olanlar sırasındadır. BAKU.WS xəbər verir kiç bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat paylaşıb. O,...