Efirdə təsirli anlar yaşayan MƏŞHURLAR
Qalmaqalları, şəxsi həyatları, lüks yaşayış tərzi ilə gündəmə gələn şou-biznes əhli zaman-zaman kövrək anları ilə də diqqət mərkəzində olublar. Onların da sadə insanlar kimi qayğıları, problemləri olur. Verilişlərdə öz həyatlarından danışan məşhurlar bəzən göz yaşlarına hakim ola bilmirlər. Bu da tamaşaçıların onların efir vasitəsilə kövrək anlarına şahid olmalarına səbəb olur.
BAKU.WS saytı efirdə kövrələrək göz yaşı tökən məşhurların görüntülərini təqdim edir:
Xalq artisti Brilliant Dadaşova "AStar" layihəsinə qonaq olarkən kövrək anlar yaşayıb. Ona halı yaxşı olmadığından su gətirilib.
Xalq artisti Röya Ayxan da efirdə kövrək anlar yaşayıb. O keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışarkən qəhərlənib.
Xalq artisti Aygün Kazımova illər əvvəl verdiyi müsahibədə qızı İlqarə Kazımovadan danışarkən kövrəlib.
Əməkdar artist Elnarə Abdullayeva qatıldığı verilişlərdən birində muğam səslənərkən kövrələrək göz yaşlarını saxlaya bilməyib.
Müğənni Səidə Sultan ölümdən danışarkən göz yaşlarına boğulub.
Aparıcı və aktrisa Oksana Rəsulova ailəsindən danışarkən təsirli anlar yaşayıb.
Müğənni Ramal İsrafilov canlı efirdə atasının vəfatından danışarkən kövrəlib.
Oxşar xəbərlər
Nigar Camal Bakıda yük maşını sürdü
Məşhur müğənni Nigar Camal yeni görüntüləri ilə marağa səbəb olub. BAKU.WS xəbər verir ki, sənətçi paytaxtda yük maşını idarə edib. Bu ifaçının olduğu reklam...