Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...
Məşhur müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı, iş adamı Murat Özdemir həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Emrullah Erdinç sosial şəbəkədə paylaşım edib.
O Selahattin Yılmazın rəhbərlik etdiyi cinayət təşkilatına üzv olmaq ittihamı ilə tutulduğu iddia edilib.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Özdemir hələ bu ilin avqust ayında da eyni cinayət işi ("Selahattin Yılmaz cinayət qruplaşması") çərçivəsində saxlanılmış, lakin ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
İddialara görə, Murad Özdəmir cinayətkar dəstə rəhbərindən aldığı tapşırıqlar əsasında bəzi mütəşəkkil sənaye zonalarına təzyiq göstərməkdə və bu yolla qanunsuz qazanc əldə etməkdə şübhəli bilinir.
Ebru Gündeş dördüncü həyat yoldaşı Murad Osman Özdəmir ilə 2024-cü ilin fevralında Dubayda evlənmişdi. Lakin onlar 27 sentyabr 2025-ci ildə qarşılıqlı razılaşma yolu ilə boşanıblar.
Oxşar xəbərlər
Gənc milyarderin həyat yoldaşına lüks sürprizi hamını şoka saldı
Dubayda gənc bir milyarder həyat yoldaşına etdiyi sürprizlə dünya mətbuatının gündəminə düşüb. BAKU.WS xəbər verir ki, o sevdiyi qadına səhrada içərisində lüks...