Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş konserti zamanı etdiyi açıqlama ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi səhnədə estetik əməliyyat etdirdiyini etiraf edib və izləyicilərə "Üz gərmə əməliyyatı etdirdim. Necədir, 10 yaş cavan görünürəm?" deyə sual ünvanlayıb.
Konsert zamanı tamaşaçılarla söhbət edən Ebru Gündeşin bu açıqlaması zalda maraqla qarşılanıb.
O, həmçinin zalda olan rejissor Yılmaz Erdoğan və aktrisa Demet Akbağa zarafatla səhnədən müraciət edərək, yeni görünüşü ilə "Organize İşler" filmində rol almaq istədiyini bildirib.
Sənətçinin son görüntüsü və açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun dəyişimini müsbət qarşılayaraq müxtəlif rəylər yazıblar.
Oxşar xəbərlər
Zeynəb Həsəni: "Ürəyimi atama əmanət etmişəm"
"Dünyaya gəldiyim ilk gündən etibarən ürəyimi atama əmanət etmişəm. Çünki ən gözəl, ən etibarlı baxan odur. Başqaları bu əmanəti incidə bilər. Bu həyatda hər kə...