Ebru Gündeşin Bakıda möhtəşəm konserti baş tutdu (VİDEO)
04
noy
2018
09:21
Noyabrın 3-də Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edib.BAKU.WS xəbər verir ki, müğənni Heydər Əliyev Sarayının səhnəsində canlı ifası ilə əsl sənət nümayiş etdirib. Bir neçə sevilən mahnısını ifa edən sənətkar daha sonra hər kəsi salamlayıb və paytaxtımız üçün çox darıxdığını bildirib: "Mən çox darıxmışam, bəs siz? Hər kəsə təşəkkür edirəm, xoş gəlmisiniz. Çox xoşbəxtəm, bura ikinci vətənimizdir. Həmişə belə görmüşük".
Ebru Gündeş gecədə özünün və həmkarlarının repertuarına müraciət edərək məşhur mahnıları səsləndirib. Konsertdə üç Azərbaycan mahnısı ifa edən müğənni "Oynaya bilmirəm, üzrlü sayın. Bircə oynamağı da öyrənsəydim" sözlərini əlavə edib. Qeyd edək ki, konsert A.M Prestige Production-un təşkilatçılığı ilə ərsəyə gəlib. Hüseyn MəmmədsalahovBAKU.WSFoto/video müəllifindir






Oxşar xəbərlər
Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq
Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan daş dekorasiyanın keyfiyyətsiz olması ilə bağlı məhkəmə prosesində qalib gəlib. BAKU.WS xəbər ver...