Əbdül Xalid Xalq artistinin ona yazdığı mahnıdan imtina etdi - SƏBƏB
Müğənni Əbdül Xalid Xalq artisti Tünzalə Ağayevanın onun üçün yazdığı mahnını oxumayaraq imtina etdiyini deyib.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Günə Uğurla" verilişinə qonaq olarkən bildirib.
O bildirib ki, əgər bir müğənni mahnını tamaşaçıya çatdıra bilmirsə onu ifa etməməlidir:
"Biz Tünzalə xanımla duet oxuduqdan sonra dedim ki, mənə tək bir mahnı yazsın. Restoranların birində oxudum. Mənə zəng elədi ki, "Necə oldu, bir nəticə de". Dedim ki, mən bu mahnını oxuya bilmərəm. Dedi niyə? Dedim bu mahnı mənim deyil. Həqiqətən. Yəni bəzən insan qulaq asırsan, xoşuna gəlir. Onu səhnədə ifa eləyəndən sonra onu tamaşaçıya çatdıra bilmirsənsə, demək sənin deyil. Bunu başqa adamın ifa eləməlidir. Ona görə də mən yəni o vaxtı, o maddi, filan məsələləri yox, sanki bir anlıq dedim ki, bu mənim mahnım deyil. Bəzən olur ki, məsəl üçün bu dəbdədir deyə lap geyimdə olsun, mahnıda olsun, deyirsən ki, mən də oxuyum, sənə yaraşmırsa, sənin deyil də, yəni nə yaraşırsa, səsinə nə uyğundursa, rənginə nə uyğundursa, onunla məşğul olmaq lazımdır".
Ətraflı videoda:
Oxşar xəbərlər
Çəkiliş meydanına polis basqını: Məşhur aktyor saxlanıldı
"TRT" kanalında yayımlanan "Ateş Denizi" serialının çəkiliş meydanına polis basqını olub. BAKU.WS xəbər verir ki, polisin Beykoz Kundura fabrikində yerləşən s...