Əbdül Xalid: "İnsanlar bir müddət birlikdə yaşayır, sonra ailə qururlar"
Müğənni Əbdül Xalid qalmaqallı açıqlaması ilə müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan ifaçı cütlüklərin evlənmədən bir evdə yaşamasının vacib olduğunu bildirib. Xalid onu da qeyd edib ki, belə olsa onlar bir-birini daha yaxşı tanıyar.
"Çalışın, gec evlənin. Sevməkdən çox ağılla ailə qurun. Biz qərbdə görürük, insanlar bir müddət birlikdə yaşayır, uyğunlaşır sonra ailə qururlar. Çünki bəzən kənarda hər kəs çox gözəl olur. Lakin bir evə girəndə tamam fərqli problemlər yaranır. Ona görə insanlar bir-birini daha dərindən tanımalıdırlar" - deyə, o vurğulayıb.
İfaçının bu sözləri isə aparıcı İsa Şükürovu əsəbiləşdirib.
O sənətçiyə etiraz edərək nigahsız ailə qurmağın xoş hal olmadığını vurğulayıb.
Verilişdən sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Yıldız Tilbe Qəzzada 13 milyon ianə etdi, 12 min nəfərlik iftar süfrəsi təşkil olundu
Türkiyəli müğənni Yıldız Tilbe Qəzzada evsiz qalanlar üçün 13 milyon lirə məbləğində ianə edib. Bu vəsait hesabına bölgədə çadır şəhərciyi qurulub və yüzlərlə a...