Düzəltdiyi fotoşoplarla fenomen oldu (FOTO)
Sosial şəbəkələrdə fotoşopla düzəldilmiş müxtəlif şəkillərə çox rast gəlmişik. Əksəriyyəti uğursuz olduğu üçün gülüş hədəfinə çevrilib. Ancaq onların arasında həqiqi və ya saxta olduğu seçilməyən şəkillər də var.
Növbəti qəhrəmanımız Peeje də belə şəkillərin həvəskarlarındandır. Lakin, o şəkilləri elə ustalıqla işləyir ki, onların saxta olduğu hiss olunmur. Peeje daha çox məşhurların şəkilləri üzərində işləyir. O, fotoşopun vasitəsilə Obama ilə bir səhnədə olub, Beyonsla Jay Z-nin toyunda iştirak edib, daha çox məşhurlarla vaxt keçirir.
Peeje bunları əyləncə məqsədi ilə etdiyini deyib:
"Nə iləsə insanları güldürmək, pozitiv enerji bəxş etmək istədim. Düşünürəm ki, alındı. Onlar mənim düzəltdiyim şəkillərə baxdıqda gülürlər. Mən də bundan zövq alıram. Bəli, insanların gülüşündən zövq alıram. Çünki, bunu onlara mən bəxş etmişəm, onları güldürə bilmişəm. Bu məni sevindirir".
Beləliklə, bu gənc oğlanı düzəltdiyi fotoşoplar sosial şəbəkələrin fenomeninə çevirir. Peejenin İnstaqramda 240 mindən çox izləyicisi var.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)
Tanınmış aktyor, rejissor, əməkdar artist Tahir İmanovun sosial şəbəkədə fotoşopla düzəldilmiş açıq-saçıq fotoları yayılıb. BAKU.WS məlumat verir ki, bir müddə...