Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var
WE Project Media platforması özünün "Instagram" səhifəsində dünyada tanınan azərbaycanlılarla bağlı siyahı paylaşıb.
BAKU.WS xəbər verir ki, paylaşımda Azərbaycanın mədəniyyət, incəsənət və media sahələrində tanınan simalarının adları yer alıb. Siyahıda Xalq artisti Tünzalə Ağayeva da var. WE Project Media pop ulduz Tünzalə Ağayevanı Azərbaycan musiqisinin tanınmış nümayəndələrindən biri kimi təqdim edib.
Qeyd edək ki, Tünzalə Ağayeva uzun illərdir həm ölkə daxilində, həm də beynəlxalq layihələrdə uğurlu iştirakı ilə diqqət çəkir. Sənətçi Azərbaycan estradasının tanınan simalarından biri hesab olunur və sosial şəbəkələrdə geniş auditoriyaya malikdir.
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğ aylardır 80 milyonluq yaxtasını sata bilmir
Aktyor Kıvanç Tatlıtuğ bahalı yaxtasını sata bilmir. BAKU.WS xəbər verir ki, aktyor aylardır satışda olan 80 milyon lirə dəyərindəki yaxtasına alıcı tapa bil...