"DREAM FEST 2024" qırmızı xalısında DİQQƏT ÇƏKƏN XALQ ARTİSTLƏRİ - FOTO/VİDEO

DREAM FEST 2024 qırmızı xalısında DİQQƏT ÇƏKƏN XALQ ARTİSTLƏRİ - FOTO/VİDEO
Şou-biznes 700

Bakıda keçirilən Qafqazın ən böyük musiqi festivalı "DREAM FEST 2024" yekunlaşıb.

BAKU.WS xəbər verir ki, 6 gündür davam edən tədbirdə xarici məşhurlarla yanaşı yerli tanınmışlar da yer alıblar.

Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və Faiq Ağayev qırmızı xalıdan keçərək müxtəlif pozlar veriblər.

Xalq artisti Tünzalə Ağayeva “Dream fest”də təqdirəlayiq addımı ilə diqqət çəkib. O qırmızı xalıdan fiziki məhdudiyyətli insanlarla keçib.

Füsünkar görünən sənətçi qırmızı xalı üçün mavi geyim seçib. Jurnalistlərin suallarını cavablandıran star fikirlərini dilə gətirib:

“Bu gün tək deyiləm. İstədim ki, cəmiyyətimiz tək ulduzlarımızı yox həm də həyatımızın əsas ulduzkarını görsünlər. Elə məhz buna görə də qərara gəldim ki, “Dream fest”in qırmızı xalçasından tək keçməyim, yanımda Nicatla Hüseyn olsun. Onlar çox istedadlıdırlar. Nə qədər ki, səhnədəyəm, mən daim onların yanında olacağam. Bu da cəmiyyətə bir mesaj olsun. Biz hamımız eyniyik, uğurluyuq. Fərqi yoxdur necə dünyaya gəlmişik. Allah hər birimizin yolunu açıq etsin”.

Xalq artisti Aygün Kazımova isə “Dream Fest”in final günü qırmızı xalıya çıxıb. Pop kraliça “Afffair” brendinə məxsus narıncı rəngli geyimdən istifadə edib.

Kazımova tərzini “Botegga Veneta” çantası, “Harry Winston” sırğası, “Jimmy Choo” ayaqqabısı ilə tamamlayıb. Libasın dəyəri 2100 dollar (təxminən 3570 manat), çanta 5165 manat, ayaqqabı isə 1740 manatdır. Xalq artistinin geyimi ümumilikdə 10 475 AZN təşkil edib.

Kazımova jurnalistlərin suallarını cavablandıraraq gecəyə xüsusi hazırlaşdığını deyib. O bildirib ki, konsertdə tamaşaçılar üçün hit mahnılarını səsləndirib.

Xalq artisti Faiq Ağayev də “Dream Fest”in final gününün qırmızı xalısında yer alıb. Sənətçi ulduzlar keçidində media qarşısına çıxaraq özəl tədbirdə iştirakdan məmnunluq duyduğunu deyib. Estrada ulduzu bəyaz tərzi ilə diqqət çəkib. Müğənninin staylinqi üzərində Cabir Əliyev çalışıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva “Dream Fest”in beşinci günündə yer alıb. İfaçı festivalın qırmızı xalısında media qarşısına çıxaraq özəl tədbirdə iştirakdan məmnunluq duyduğunu deyib. Estrada ulduzu qırmızı xalça “look”u ilə diqqət çəkib. Onun geyimini dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb.

Xalq artisti Röya Ayxan “Dream Fest”in özəl qonağı olub.

Məşhur müğənni festivalın ən bahalı bilet satışı günündə böyük səhnədə çıxış edib. Pop kraliça gecəyə xüsusi hazırlaşıb, onu səhnədə “Nero” rəqs qrupu müşayiət edib. İfaçı səhnədə 3 mahnı “Zülmətəm”, “Kesin bilgi” və aktyor Nicat Rəhimovla birgə “Dəli kimi” duetini səsləndirib.

Röya Ayxanın qara və narıncı rəng detallardan ibarət geyimi yerli dizayner Kamilla Babayeva imzası daşıyıb.

İki hissədən ibarət səhnə geyimi ətək şort, korset və üzərində böyük ətəkdən ibarətdir. Estrada ulduzu çıxış zamanı böyük ətəyi əynindən çıxararaq şortla səhnə şousuna davam edib.

Xatırladaq ki, festival Xəzər dənizinin mənzərəli sahilində yerləşən nüfuzlu "Sea Breeze" istirahət mərkəzində təşkil olunub. Yayın əsas tədbiri çərçivəsində, əsasən, MDB ölkələri, Türkiyə, Böyük Britaniya, Avropa və Kanadadan 100-dən çox məşhur musiqiçi çıxış edib.

Onlar arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), Azərbaycanın Xalq artisti Aygün Kazımova, isveçli müğənni Bosson, azərbaycanlı müğənni, musiqiçi, bəstəkar Emin, Mari Kraimbreri, Ani Lorak, Mot olu.

Festivala Özbəkistan, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Amerika və Avropadan çoxlu sayda qonaq gəlib. Altı gün ərzində "Sea Breeze" istirahət mərkəzində bir neçə nəslin populyar musiqiləri səsləndirilib.

Son xəbərlər