Dilarə: "Koronavirusdan "korova" olaraq çıxmaq istəmirəm" - VİDEO

Dilarə: Koronavirusdan korova olaraq çıxmaq istəmirəm - VİDEO
Video
Şou-biznes 328

"Evdə "beqavoy dorojkam" var, gün ərzində 2 saat onun üstündə qaçıram. Çünki evdə qalanda ən böyük əyləncə yeməkdir. Bu koronavirusdan “korova” olaraq çıxmaq istəmirəm".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan “Gəl, qonaq ol” verilişində deyib.

Aktrisa karantin günlərində xarici görünüşünə qətiyyən fikir vermədiyini, hətta saçını belə daramadığını etiraf edib:

“Martın 14-dən evdəyəm, inanırsız, heç eyvana da çıxmamışam. Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Sizdən xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Makiyaj-falan. Deməli, mənim bəzənməyim üçün auditoriya lazım imiş".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər