Dilarə Əliyeva: “Qayınanadan icazə almalısan”

Dilarə Əliyeva: “Qayınanadan icazə almalısan”
Şou-biznes 284

Əməkdar artist Dilarə Əliyeva gəlin-qayınana münasibətlərindən danışıb.

BAKU.WS xəbər verir ki, aktrisa aparıcısı olduğu “Söhbət var” verilişində qayınana ilə yaşayan gəlinlərə ismarış göndərib. O, bir yerə gedərkən ərdən qabaq qayınanadan icazə alınmalı olduğunu bildirib:

“Ay gəlin, əgər sən qayınana ilə birlikdə yaşayırsansa, hansı addım atsan, nə planlaşdırsan, bunu mütləq evdəki qayınana ilə məsləhləşməlisən.

Əgər evdən çıxıb harasa getmək istəyirsənsə, zəhmət çək, yoldaşından əvvəl qayınandan icazə al!

Məsələn: Gəlin var, evdən çıxıb gedir, demir, bir qayınana var, ona deyim... Kollektiv yaşamağa öyrənin.

Qayınanalı evdə yaşayırsınızsa, elə olmaz ki, özünüzün paltarınızı yuyasınız, onun paltarı qalsın... Sənin, mənim söhbəti yoxdur.

Özündən də qabaq qayınananın paltarını yumalısınız. Dolanmağa gələn gəlin mütləq qayınana ilə yola getməyin yolunu tapar”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər