Derya Uluğun nişan görüntüləri yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Derya Uluğ evlilik yolunda ilk addım atıb.
BAKU.WS xəbər verir ki, o sevgilisi Asil Gök ilə nişanlanıb. Cütlüyün nişan mərasimi iki ailə arasında sadə məclislə baş tutub.
Mərasimində ənənələr də unudulmayıb. Derya, türk adət-ənənələrinə uyğun olaraq gələcək həyat yoldaşı Asil Gökə duzlu və acı qəhvə təqdim edib.
Asil Gökün acı qəhvəni içərkən verdiyi reaksiyalar isə mərasimin ən rəngarəng və əyləncəli anlarından biri olub.
Cütlüyün səmimi və pozitiv anları sosial şəbəkələrdə böyük maraq yaradıb.
Pərəstişkarları və sənət dostları məşhur cütlüyü təbrik edərək onlara tezliklə toy masasına əyləşməyi arzu ediblər.
Oxşar xəbərlər
Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi
Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs ver...