Demetlə Murat Bakı konsertindən imtina edə bilər? – Bakı Olimpiya Stadionundan açıqlama
Dekabrın 31-də - Yeni İl gecəsi Bakı Olimpiya Stadionunda konsert verəcək türkiyəli müğənnilər Demet Akalınla Murat Dalkılıç arasında qalmaqal daha da böyüməkdədir.
BAKU.WS xatırladır ki, əvvəlcə təyyarə kirayələmək üstündə qalmaqal yaşayan sənətçilər daha sonra Bakı konsertinin afişası üstündə söz davasına çıxıblar.
Demet Akalın hətta qəzəbini boğa bilməyərək, sosial şəbəkədə status yazaraq, həmkarını təhqir edib, ona "qudurğan” deyib.
Maraqlıdır, görəsən, bu qalmaqal müğənnilərin Bakı konsertinə mane olmayacaq ki? Hər iki müğənnidən hər hansı biri konsertdən imtina edə bilərmi?
Bakı Olimpiya Stadionun mətbuat katibi Cəmilə Sultanova BAKU.WS-ə açıqlamasında bildirib ki, Yeni İl gecəsi hər iki müğənni stadiounun səhnəsində olacaq:
"Müğənnilər arasındakı bu kimi söz davaları bizim konsertimizə təsir edə bilməz. Çünki onların prodüserləri ilə danışıqlar aparılıb və razılıq alınaraq, müqavilə imzalanıb”.
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Demet Bakı konsertinin afişasına görə Muratı təhqir etdi: “Qudurma!”
Demet Akalınla Murat Dalkılıç arasında Yeni il gecəsi Bakı Olimpiya Stadionundakı çıxış ətrafında qalmaqal daha da güclənir. BAKU.WS "Posta”ya istinadən xəbər...