Dadaşova Aygün Kazımovadan kömək istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Səidə Dadaşova Xalq artisti Aygün Kazımova ilə bağlı gözlənilməz açıqlama verib.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, sənətçi "7 canlı" proqramında Xalq artisti Aygün Kazımovadan kömək istədiyini söyləyib:
"Aygün Kazımovanın sənətini çox sevirəm. Gözəl insan və Azərbaycanın divasıdır. O xanımın avazı, danışıq tərzi fərqlidir.
Ona yazdım ki, sizin bir-iki mahnınızı oxumaq istəyirəm. Mənə dedi ki, qurbandır, heç soruşmasan da olar. İcazə verdi ki, "istənilən mahnıma müraciət edə bilərsən". Mənə ancaq Aygün Kazımova dəstək oldu".
Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova Səidənin xalasıdır. Brilliantla Aygün isə illərdir küsülüdür. S.Dadaşova ilə B.Dadaşovanın da münasibətləri yaxşı deyil.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...