Conni Deppin model qızı geyimi ilə müzakirələrə səbəb olub
Fransız əsilli amerikalı aktrisa və model Lili-Rouz Depp Los-Ancelesdə yeni filmi "Nosferatu"nun qalasına gələrək pərəstişkarlarını görünüşü ilə sevindirib.
BAKU.WS xəbər verir ki, bu barədə Daily Mail nəşr yazıb.
Amerikalı aktyor Conni Depp və fransalı müğənni, aktrisa Vanessa Paradisin qızı tədbirə şəffaf parıldayan köynəkli gümüşü libasda gəlib.
Onun görünüşünü sırğalar, saç düzümü və sadə tonlardakı makiyaj tamamlayıb.
Sosial media istifadəçiləri Deppin şəkillərinə heyran qalıblar:
"Bu, uzun müddətdir gördüyüm ən yaxşı şeydir. Mən onun paltarını sevirəm", "Vay, nə qəşəng paltardır!", "Heyrətləndirici!", "O, əla görünür! Və onun çox gözəl təbəssümü var", - pərəstişkarları bildirib.
Oxşar xəbərlər
Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam"
"39.9 temperturla konsertdə oxumuşam. Özü də pilləkəndən aşağı düşürəm, aşağıda rəqs edirəm. Yəni o 40 dərəcəyə çatan temperaturla pilləkəndən aşağı düşmək nə d...