Çingiz Mustafayev əməliyyat olundu
Müğənni Çingiz Mustafayev əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə bildirib.
O xəstəxanadan görüntülərini paylaşaraq çiyni çıxdığı üçün əməliyyat olunduğunu deyib:
"15 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, eyni qorxu, eyni narahatlıq… İdman da, aktiv həyat da tam mümkün olmurdu.
2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. Qərar verdim və sağlığımı ürəyimə yatan həkimə həvalə etdim. Nəhayət əməliyyat dünən olundum".
Çingiz Mustafayev bundan sonra uzun bir reabilitasiya dövrü keçəcək. O eyni problemi yaşayanlara vaxtında əməliyyat olunmağı məsləhət görüb.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...