“CinemaPlus” kinoteatrlar şəbəkəsi Bayraq gününü belə qeyd etdi (FOTO)

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Bayraq gününü belə qeyd etdi (FOTO)
Şou-biznes 944

Noyabrın 9-da "CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyri adi qeyd edib.

BAKU.WS xəbər verir ki, kinoteatrın işçiləri milli geyimdə bayraqlar ilə milli melodiyaların nağarada ifa edən müsiqiçilərin müşayiəti altında kinoteatrların foyelərində və "28 Mall” və "Ganjlik Mall”-da gəziblər. 

Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qoşulublar, xatirə şəkiləri və selfi çəkdiriblər.  

Möhtəşəm yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitmişdir. 

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

Aytən Həsənova

BAKU.WS

Son xəbərlər