Çimərliklərdə təcili tibbi yardım briqadaları xidmət göstərəcək
11
iyn
2019
16:08
“İyunun 15-dən etibarən çimərlik mövsümü ilə əlaqədar təcili tibbi yardım briqadaları Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərəcək”.BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev deyib.O bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.Baş həkim qeyd edib ki, təcili tibbi yardım briqadaları saat 09:00-dan 20:00-a qədər çimərliklərdə növbə çəkəcək.Xatırladaq ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Türkan, Hövsan və Şıx çimərliklərinin istifadəyə yararsız olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Dünən Bakı metrosunda və yollarda neçə nəfərin halı pisləşib?
Ötən gün Bakı şəhərində elektrik enerjisinin kəsintisi nəticəsində Bakı metrosunda yaranmış problem nəticəsində bəzi sərnişinləri halı pisləşib. Bu barədə Bakı...