Dünən Bakı metrosunda və yollarda neçə nəfərin halı pisləşib?
04
iyl
2018
11:07
Ötən gün Bakı şəhərində elektrik enerjisinin kəsintisi nəticəsində Bakı metrosunda yaranmış problem nəticəsində bəzi sərnişinləri halı pisləşib. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, metrodan təxliyə edilən vətəndaşlara ilkin tibbi yardım göstərilib.“Həkimlərimiz 19 nəfərə yardım edib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Onların heç birinin vəziyyətində ağırlaşma olmayıb".Rauf Nağıyev vurğulayıb ki, halı pisləşənlər arasında uşaq və azyaşlılar olmayıb.Dünən ümumilikdə çağırışların sayı 2200 nəfərə çatıb. Bu da adi günlərdən hardasa 200 nəfər çoxdur. Müraciət edənlər arasında ağır hal və ya ölüm olmayıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda DƏHŞƏTLİ ANLAR – 50 yaşlı kişi insanların gözü qarşısında öldü
Bu gün səhər saatlarında Bakı metrosunda 50 yaşlı kişi sərnişinləri gözü qarşısında yıxılaraq ölüb.Bu barədə BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidm...