Cenifer Lopezin 53 minlik geyimi müzakirələrə səbəb oldu - FOTO

Son zamanlar tez-tez şəxsi həyatı ilə gündəmə gələn məşhur müğənni Cenifer Lopez bu dəfə bahalı geyimi ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, İtaliyanın Venesiya şəhərində məşhur brendlərdən olan “Dolce & Gabanna”nın moda gecəsinə qatılıb.
Lopez sözügedən markanın üst geyimi, çantası və ayaqqabısından istifadə edib. Onun bahalı daş-qaşlarla bəzədilən üst geyiminin qiyməti 36 min 700 AZN-dir.
“Dolce & Gabanna” markasına məxsus ayaqabısının qiyməti 4465 AZN, həmin brenddən olan çantasının qiyməti isə 12 min 316 AZN-dir.
Ceniferin əynindəki libasın ümumi dəyəri 53 min 481 AZN təşkil edib.
Qalereya

Oxşar xəbərlər
Cennifer Lopezin 23 minlik geyimi müzakirələrə səbəb oldu - FOTO/VİDEO
Aktiv “Instagram” istifadəçisi olan məşhur müğənni Cennifer Lopez bu dəfə də paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, ifaçı yeni açıq yaşıl rəngli uz...