Cazibədar aparıcıdan idman üslubunda - FOTOSESSİYA
19
okt
2018
17:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı, aktrisa Aytən Əlizadə yeni fotosessiya etdirib. BAKU.WS-in məlumatına görə, cazibədar aparıcı bu dəfə idman üslubunda olan geyimdə kamera qarşına keçib. Fotosessiyasını eksklüziv olaraq saytımıza təqdim edən A. Əlizadə bunları deyib:"İdman üslubunu çox sevirəm. Demək olar ki, gündəlik həyatımda hər zaman idman üslubunda olan geyimlərə üstünlük verirəm. Təbii ki, çəkilişlər xaric olmaq şərti ilə. Hazırda fitneslə də məşğul oluram. Futbol və stolüstü tennisdən başqa digər oyunlarını böyük həvəslə izləyirəm". Xatırladaq ki, Aytən Əlizadə Space TV-də yayımlanan "Qayınana", “Hava ulduzlarla”, “Hər bir havada” və s. verilişlərə aparıcılıq edib. O, həmçinin ötən mövsüm ATV-də yayımlanan "Laləli saray" serialında əsas obrazlardan birini canlandırıb. Hüseyn MəmmədsalahovBAKU.WS 




Oxşar xəbərlər
Ülviyyə Əliyevanın 7 illik verilişi bağlandı (EKSKLÜZİV)
Aktrisa, aparıcı Ülviyyə Əliyeva yeni mövsümə hazırlaşır. BAKU.WS-ə özəl açıqlama verən aktrisa yeniliklərindən danışıb:"7 il apardığım "Zəhmətkeş ulduzlar" ver...