Ülviyyə Əliyevanın 7 illik verilişi bağlandı (EKSKLÜZİV)

Ülviyyə Əliyevanın 7 illik verilişi bağlandı (EKSKLÜZİV)
Şou-biznes 7055
Aktrisa, aparıcı Ülviyyə Əliyeva yeni mövsümə hazırlaşır. BAKU.WS-ə özəl açıqlama verən aktrisa yeniliklərindən danışıb:"7 il apardığım "Zəhmətkeş ulduzlar" verilişini bağladıq. Yeni mövsümdə aktrisa Xuraman Əlizadə ilə bərabər ARB telekanalında "Hüseynova bacıları" adlı yeni veriliş aparacağam. Yeniliklərim bununla da bitmir. Sentyabrda tamaşaçılar məni "Ay yay yay" serialında da görəcəklər. Təbii ki, Azərbaycan Dövlət Musiqili Teatrında və Azərbaycan Dövlət Kukla Teatrında da bir-birindən fərqli obrazlarımla teatrsevərlərin qarşısına çıxacağam". Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər