Bülent Ersoyun 1.5 milyonluq məzarında lift də olacaq - FOTO

Türkiyəli müğəni Bülent Ersoy üçün fərqli məzar hazırlanacaq.
BAKU.WS xəbər verir ki, bu haqda Ərsoyun köməkçisi Fevzi Siverek bildirib. Onun sözlərinə görə, qəbirdə lift də olacaq. Məzar Zəncirliquyu ərazisində hazırlanacaq:
"Bülənt xanım məzarı üçün daxili işlər naziri Süleyman Soyluya müraciət etdi, onlar da “nə lazımdırsa, edəcəyik” dedilər. Zincirliquyu ərazisində Bülənt xanım üçün qəbir hazırlanacaq.
Amma pərəstişkarlarının bilməməsi üçün məzarı dərin edəcəyik. Dərin edəcəyimiz üçün qəbri liftlə düzəldəcəyik. Onu liftlə endirəcəyik. Lift də şifrələnəcək. Qəbir sadə olacaq. Büdcə ayırmışıq. Məzar 1,5 milyon lirəyə (təxminən 147 min 300 AZN) başa gələcək".
Qalereya
Oxşar xəbərlər
Müğənnilərin toy qiymətləri – YENİ SİYAHI
Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların toy qiymət...
