Bülent Ersoy Ərdoğanla görüşə bu geyimdə gəldi (FOTO)
30
okt
2015
12:08
Bülent Ərsoyun geyindiyi paltar yenə müzakirə mövzusu oldu.
BAKU.WS məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə təşkil olunan ziyafətə bir çox siyasətçilər, iş adamları ilə yanaşı sənət dünyasından da qatılanlar olub. Gecədə ən çox diqqət çəkən müğənni Bülent Ersoyun geyimi olub.
Müğənni tədbirə qara saçaqlı libasda qatılıb. Ərsoyun, Parisdə xüsusi olaraq hazırlatdığı paltar gündəmin müzakirə mövzusu olub.
Qeyd edək ki, sənətçi bundan əvvəl də bir neçə dəfə geyimləri ilə gündəmə gəlib.
BAKU.WS
Oxşar xəbərlər
Hadisənin 300 minlik doğum günü (FOTO)
Müğənni Hadisə 31 yaşını Çırağan Sarayında qeyd edib. BAKU.WS Türkiyə mediasına istinadən məlumat verir ki, 300 min lirəyə (təxminən 110 min manat) başa gələn...