Bülent Ersoy illər sonra məsciddə (VİDEO)

Bülent Ersoy illər sonra məsciddə (VİDEO)
Video
Şou-biznes 2168

Müğənni Bülent Ersoy dünyasını dəyişən aktrisa, yaxın rəfiqəsi Oya Aydoğanın ölümünün yeddinci günündə məsciddə ona dua oxuyub.

BAKU.WS "Hüriyyet"-ə istinadən məlumat verir ki, müğənni dua oxunarkən göz yaşlarını saxlaya bilməyib. Bülent içəriyə girmədən əvvəl jurnalistlərə açıqlama da verib:

"Kədərdən başqa heç nə hiss etmirəm. Yeddinci gün duasını özüm oxumaq istədim. Aparıcı Lerzan Mutlunun ittihamlarına cavab verməyəcəyəm. Hər şeyin vaxtı var. İndi dua oxuyacam. İnşallah uca Rəbbim dualarımı Oyaya çatdırsın".

Ağ libasda və eynəkdə gələn Ersoy məsciddə bir saat qalıb. Dua edərkən sənətçi göz yaşlarını saxlaya bilməyib. Məsciddən çıxanda Ersoy çöldə salfet satan uşaqlara 100 lire pul verib, ətrafdakı insanlara pide və börək paylatdırıb. 

BAKU.WS

Oxşar xəbərlər

Bülent Ersoyun bu halı görənləri şoka saldı (FOTO)

Bülent Ersoyun bu halı görənləri şoka saldı (FOTO)

Türkiyənin divası sayılan Bülent Ersoy gözəllik salonunda paparazilər tərəfindən görüntülənib. BAKU.WS Türkiyə məbuatına istinadən məlumat verir ki, müğənni 1...

3502 Şou-biznes 14:07 28 aprel 2016

Son xəbərlər