Bu məşhurların şəxsi təyyarələri var - SİYAHI
Tanınmış insanlar arasında elələri var ki, onların nəinki bahalı və lüks avtomobilləri, hətta şəxsi təyyarələri də var. Hollivudun bir çox simasının demək olar ki, şəxsi təyyarəsi mövcuddur. Onlar arasında əsasən müğənnilər və aktyorlar yer alır.
BAKU.WS xarici KİV-ə istinadən şəxsi təyyarəsi olan dünya məşhurlarının siyahısını təqdim edir:
Müğənni Teylor Svift
Sənətçinin "Dassault Falcon 7X" şəxsi təyyarəsi var. O 2024-cü ildə bu təyyarəsinə görə tənqidlərə məruz qalmışdı.
![]()
![]()
Müğənnilər Cey-Zi və Beyons
Cütlüyün "Bombardier Challenger 850" adlı şəxsi təyyarələri var. Bu təyyarəni Beyons Cey-Zi-yə hədiyyə etmişdi.
Reper Dreyk
Onun "Boeing 767 ("Air Drake")" adlı şəxsi təyyarəsi var. Böyük və xüsusi dizaynlıdır, çox sayda insan daşıya bilər.
![]()
Aktyor Tom Kruz
Onun "Gulfstream IV və II" şəxsi təyyarəsi var. Pilot lisenziyası da var və özü təyyarəni idarə edə bilir.
![]()
Aktyor Con Travolta
Travoltanın "Boeing 707", "Gulfstream" kimi şəxsi təyyarələri var. Akyor özü peşəkar pilotdur. Evində şəxsi uçuş zolağı var.
![]()
Aktrisa Ancelina Coli
Colinin "Cirrus SR22" adlı şəxsi təyyarəsi var. Onun pilot lisenziyası da var.
Oxşar xəbərlər
Yeni il gecəsi 3500 AZN-dən 35000 AZN-ə qədər qonorar qazanacaq məşhurlar
Azərbaycanlı müğənnilərin Yeni il gecəsi qonorarları açıqlanıb. BAKU.WS xəbər verir ki, siyahıda ən çox qonorar 35 000 AZN, ən az qonorar isə 3500 AZN qeyd edi...