Bu kənddə mobil telefon və WI-FI qadağan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Vircinia ştatında yerləşən kəndlərdən birində kabelsiz elektrik avadanlıqlarından istifadə qadağandır.
Grin Bank adlı kənddə heç kimin mobil telefonu yoxdur.
Orada Wi-Fi və elektrik sobasından istifadə də qadağan edilib. Buna səbəb nəhəng Grin Bank Teleskopudur. Bu, olduqca böyük və idarəedilən radio teleskopdur.
Teleskop, həmçinin dünyada ən böyük idarə edilən cisim xüsusiyyətinə malikdir. Grin Bank Qərbi Virciniada Beynəlxalq Radio Astronomiyası Müşahidə Evinin bir hissədir. Müşahidə Evinin fəaliyyətinə təsir etməmək üçün 34 min km-ə qədər olan ərazi "Beynəlxalq Səssizlik Ərazisi” kimi adlanır. Buna görə də orada mobil telefonla yanaşı kabelsiz elektrik cihazlarından istfadə qadağandır.
Kənddə hazırda 147 nəfər yaşayır.(azvision.az)
BAKU.WS
Oxşar xəbərlər
Maşında planşetdən istifadə etdiyi üçün cərimələndi, ƏSLİNDƏ... (VİDEO)
"Xəzər Xəbər”ə müraciət edən Bakı sakini maraqlı bir iddia ilə çıxış edib. Belə ki, o, avtomobilində planşetdən istifadə etdiyi üçün yol polisi tərəfindən cərim...