Bu günün hava proqnozu: yağış və qar yağacaq, şaxta olacaq

Bu günün hava proqnozu: yağış və qar yağacaq, şaxta olacaq
Şou-biznes 1285

 

Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 20-də paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 779 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bazar günündə gəzməyi planlaşdıranlara pis xəbər

Bazar günündə gəzməyi planlaşdıranlara pis xəbər

Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrom...

1799 Şou-biznes 12:46 19 noyabr 2016

Son xəbərlər