Bu gündən hava şəraiti kəskin dəyişir - leysan yağacaq, dolu düşəcək

Bu gündən hava şəraiti kəskin dəyişir - leysan yağacaq, dolu düşəcək
Şou-biznes 1394
Azərbaycanda sabaha, sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq.Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir.Rayonlarda yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.BAKU.WS

Son xəbərlər