Bəstəkar Tahir Əkbər vəfat edib
02
mar
2018
21:58
Bəstəkar Tahir Əkbər dünyasını dəyişib.BAKU.WS-ın məlumatına görə, 72 yaşlı bəstəkar beyin insultundan əziyyət çəkirdi. Mərhum sabah Yasamal qəbiristanlığında dəfn olunacaq.Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, Azərbaycan Bəstəkarlar Birliyinin üzvü idi. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib. Buna misal olaraq Nəşə Karaböcəyi göstərə bilərik. Türkiyədə məşhur olan bu müğənni bəstəkarın “Heç küsməyin yeridirmi?“ mahnısını hər zaman repertuarına salıb. Tahir müəllimin “Amin“ mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver...“ əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Həmrəylik“ himni xor və simfonik orkestrin ifasında səslənib.Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xalq artistinin nəşi Azərbaycana gətirilib - Sabah dəfn olunacaq
ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.BAKU.WS xəbər verir ki, bu barədə apa-ya Mədəniyyət və Turizm Nazirliyinin İ...