Tahir Əkbər reanimasiyaya yerləşdirildi
02
noy
2017
11:01
Bəstəkar Tahir Əkbər xəstəxanaya yerləşdirilib.BAKU.WS-in məlumatına görə, bu barədə müğənni Aybəniz Həşimova Facebook səhifəsində yazıb.“Mədəniyyətimiz üçün heç də xoş olmayan səhər açıldı. Səhər saatlarında gözəl bəstəkar, mahnıları ilə bütün şərqi dolaşan əziz dostum Tahir Əkbər ağır insult keçirib. O, hazırda “Semaşko”da reanimasiyaya yerləşdirilib”, - deyə Aybəniz Həşimova qeyd edib.O, birinci xanım Mehriban Əliyevadan kömək istəyib: “Tahir Əkbərin ailədə maddi durumu o qədər ağırdır ki, heç ağıla gəlməyən dərəcədə. Sizdən xahiş edirəm ona dəstək olun. Onun kimi bəstəkar gündə doğulmur.Tahir müəllimə isə Allahdan şəfa diləyirəm. Dostlar siz də dua edin.”BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın vitse-prezidenti: "Futbolçularımız və baş məşqçimizə inanıram"
"Qarabağ"ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Kopenhagen"in qonağı olacaq.Bu gün komandamızın düşərgəsində sürpriz ziyarət baş...