Britni Spirs bütün mahnılarının hüquqlarını satıb

Britni Spirs bütün mahnılarının hüquqlarını satıb
Şou-biznes 91

Amerikalı pop ulduz Britni Spirs musiqi kataloquna daxil olan bütün mahnılarının hüquqlarını "Primary Wave" şirkətinə satıb. Razılaşmaya "Toxic", "Baby One More Time" və "Gimme More" kimi məşhur hitlər də daxildir.

BAKU.WS TMZ-ya istinadən xəbər verir ki, müqavilənin dəqiq məbləği açıqlanmasa da, TMZ satışın təxminən 200 milyon dollar dəyərində olduğunu bildirib.

Məlumata görə, bu cür razılaşmalar ifaçılara böyük məbləğdə birdəfəlik gəlir əldə etməyə və musiqi kataloqunun idarə olunması məsuliyyətindən azad olmağa imkan verir.

Qeyd edək ki, daha əvvəl Bryus Sprinqstin, Şakira, Castin Biber və Castin Timberleyk də oxşar müqavilələr imzalayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Müğənni Əbdül Xalid sosial şəbəkədə gün ərzində 4-5 saat tıxacda qaldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, ifaçı saatlarla yollarda vaxt keçirməyin insan ömr...

92 Şou-biznes 08:15 11 noyabr 2026

Son xəbərlər