"Bizim Cəbiş müəllim" filmindəki "Makedon" ASAN-da
Azərbaycan kino yaddaşımızın "Makedonu" Aqil Ağacanov öz doğma kəndi Pirşağıda Səyyar ASAN xidmətdən yararlanıb.
BAKU.WS-in məlumatına görə, "Makedon" obrazı ilə yaddaşlarımızda iz salan aktyor pasportunu yeniləyib.
Xatırladaq ki, Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açıb.
Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş Aqil, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşüb.
Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi var.
Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkiblər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda it kişini parçaladı
Dünənaxşam saatlarında Cəlilabadda it 37 yaşlı kişini it parçalayıb. BAKU.WS-in məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. 1978-ci il təvəllüdlü A...