"Bir xalanın sirri"nin qala gecəsində yaşananlar (VİDEO)

Bir xalanın sirrinin qala gecəsində yaşananlar (VİDEO)
Video
Şou-biznes 4589
Ötən gün "Bozbash Pictures" komandası növbəti uğurlu layihələrini təqdim ediblər.

BAKU.WS xəbər verir ki, məşhur komandanın yaydan bəri çəkilişlərinə başladıqları və əzmkarlıqla ərsəyə gətirdiyi "Bir xalanın sirri" kinokomediyasının qala gecəsi baş tutdu.

Filmin premyerasına kino ulduzları və və şou əhli axın etdilər. Lakin bu dəfə komandanın film təqdimatına az sayda məşhur sima dəvət olunub.

Ekran işində İlkin Həsəni, Elşən Orucov, Ramin Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Misgərli və bir sıra gənc aktyorlar rol alıblar.

Əvvəlcə məşhurlar və filmdə rol alan aktyorlar qırmızı xalçadan keçdilər.

Daha sonra "Bozbash Pictures" aktyorları media nümayəndələrinin filmlə bağlı suallarını cavablandırdılar. Yaradıcı heyət kinokomediya ilə bağlı mediaya qısa məlumat verdikdən sonra qonaqlar ilə birlikdə filmi izlədilər.

Gecədə diqqət çəkən məqamlardan birisi isə, təqdimatda "Bozbash Pictures"in bundan öncə təqdim etdikləri "Stalinin başı" adlı filmi ilə məşhurlaşan gənc aktrisa Ülfət Bəşirin açıq-saçıq geyimi olub. Dərin sinə dekoltesi ilə premyeraya qatılan Ülfətin ehtiraslı görünüşü ətrafdakıları heyrətləndirib.

BAKU.WS lentə aldığı "Bir xalanın sirri" kinokomediyasının qala gecəsində yaşan ən maraqlı anları sizə təqdim edirik :

Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər